Menu

İrlandiya musiqisi ilə işgəncə – Amerika kəşfiyyatı məhkəməyə verildi

15.10.2015, 15:49
İrlandiya musiqisi ilə işgəncə – Amerika kəşfiyyatı məhkəməyə verildi

ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) terrorçuluqda şübhələndiyi şəxsləri dindirərkən, işgəncə üsulu kimi İrlandiyanın “Westlife” qrupunun mahnısından istifadə edib.

AzPolitika.info-nun məlumatına görə, İrish Times qəzeti ABŞ-ın Vətəndaş Azadlıqları Şurası tərəfindən bu işgəncələrlə bağlı məhkəməyə müraciət etdiyini yazıb.

Məhkəməyə verilən psixoloqlar MKİ-nin dindirmələrində iştirak edib, eyni və ya bir-birindən fərqlənən iki mahnını bir neçə dəfə oxutmaqla, məhbusların başını suya salmaq, yuxudan və yeməkdən məhrum etməklə məşğul olublar.

Bildirilir ki, əvvəlcə məhbuslara adıkeçən İrlandiya qrupunun “My love” mahnısı, sonra isə rok metal musiqisi dinlətdirilib və bu, bir neçə dəfə həddən artıq yüksək səslə təkrar olunub.

Şikayət edən işgəncə qurbanları MKİ-dən adambaşına 75 min dollar kompensasiya tələb ediblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol