Menu

Mobil operatorların qazancı açıqlandı

15.10.2015, 20:33
Mobil operatorların qazancı açıqlandı

Bu ilin ötən 9 ayı ərzində Azərbaycanın informasiya və rabitə müəssisələri hüquqi və fiziki şəxslərə 1 mlrd. 216,6 mln. manatlıq xidmət göstərib.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, onun da 72,7%-i əhali sektoruna aid olub.

Komitədən bildirilib ki, 2014-cü ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin həcmi 8,8 faiz artıb, bu sahədə əldə edilmiş gəlirin 81,1%-i qeyri-dövlət sektorunun payına düşüb.

Bundan başqa, komitədən qeyd edilib ki, xidmətlərdən əldə olunmuş gəlirlərin 54%-i və ya 657,5 mln. manatı mobil telefon rabitəsindən yaranıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol