Menu

Nəqliyyat Nazirliyində daha bir departament ləğv olundu

16.10.2015, 18:07
Nəqliyyat Nazirliyində daha bir departament ləğv olundu

Bu gün Nəqliyyat Nazirliyində daha bir departamenti fəaliyyətini dayandırılıb.

Baku.ws-in verdiyi məlumata görə, bu gündən etibarən Nəqliyyat Nazirliyinin tərkibində Bakı Sərnişin və Yük Daşımalarının Təşkili şöbəsinin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb. Şöbənin bağlanmasına isə dünən qurumun xidmətinin ləğv edilməsi səbəb olub.

Prezidentin 14 oktyabr 2015-ci il tarixli Fərmanı ilə Nəqliyyat Nazirliyinin inzibati xətalara baxmaqla bağlı xeyli səlahiyyətləri alınaraq Dövlət Yol Polisinə verildikdən sonra faktiki olaraq Bakı Sərnişin və Yük Daşımalarının Təşkili şöbəsinin əməkdaşları heç bir xidmət göstərə bilməyəcəkdilər. Bu səbəbdən də, onların fəaliyyəti müvəqqəti olaraq dayandırıldı. Çox guman ki, onların fəaliyyəti daha davam etməyəcək. Hələlik həmin qurumun işçilərinin aqibətilə bağlı isə heç bir məlumat verilməyib.

Xatırladaq ki, Prezidentin 14 oktyabr 2015-ci il tarixli Fərmanı ilə Nəqliyyat Nazirliyinin inzibati xətalara baxmaqla bağlı xeyli səlahiyyətləri alınaraq Dövlət Yol Polisinə verilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol