Menu

HDP-nin Peyğəmbəri təhqir etməsi kürdləri ayağa qaldırdı

18.10.2015, 18:19
HDP-nin Peyğəmbəri təhqir etməsi kürdləri ayağa qaldırdı

Türkiyənin Diyarbəkr vilayətinin Yenişehir şəhərində HDP-dən olan bələdiyyə sədrinin Məhəmməd Peyğəmbəri təhqir edən afişa dərc etdirməsi ciddi qalmaqala səbəb olub.

Avropa.info xəbər verir ki, PKK-nın siyasi qolu HDP-dən olan bələdiyyə sədri əhalinin sərt etirazından sonra, afişanı çıxartmağa məcbur olub.

Türkiyə mətbuatının yazdığına görə, qalmaqallı afişadan sonra şəhər sakinləri etiraz aksiyası keçirib.

Peyğəmbərə edilən təhqirə səssiz qalmayacaqlarını deyən sakinlər "Peyğəmbərə uzanan əllər qırılsın", "Rədd olsun PKK" şuarları səsləndiriblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol