Menu

Vətəndaş Mərkəzi Bankı məhkəməyə verdi - Devalvasiya qərarına görə

19.10.2015, 11:48
Vətəndaş Mərkəzi Bankı məhkəməyə verdi - Devalvasiya qərarına görə

Azərbaycanda vətəndaş Mərkəzi Bankı devalvasiya qərarına görə məhkəməyə verib.

Oxu.az “Report”-a istinadən xəbər verir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən vətəndaş Sərvan Kərimov Mərkəzi Banka qarşı vurulan zərərin ödənilməsi barədə iddia qaldırıb.

O, bu il fevralın 20-dən 21-nə keçən gecə vurulan 13 423 ABŞ dolları və 4 000 ABŞ dolları mənəvi zərərin, yəni cəmi 17 000 ABŞ dolları miqdarında pul vəsaitinin cavabdehdən tutularaq ona ödənməsi tələbini irəli sürüb.

1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi iddianı rədd edib.

Məhkəmə qərarından narazı qalan vətəndaş 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarından apellyasiya şikayəti verib. Şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılır.

Xatırladaq ki, Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1,05 manat səviyyəsində müəyyən edilib.

Bununla da Azərbaycan manatı 33,4 faiz ucuzlaşıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol