"Azərinşaatservis" MMC-nin işçiləri etiraz aksiyası keçirdikdən sonra onların bir qisminə əmək haqqı verilib. Musavat.com-un məlumatına görə, 13 oktyabr tarixində qurumda 4 aydır çalışmaqlarına baxmayaraq maaş ala bilməyən fəhlələr, "Azəryolservis" ASC-nin baş ofisinin qarşısına gedərək, orada aksiya keçiriblər.
Aksiyadan sonra qurum tərəfindən Ələt qəsəbəsində çalışan fəhlələrin bir qisminə əmək haqqı verilsə də, digər işçilər hələ də öz haqlarını ala bilməyiblər.
Qeyd edək ki, əldə etdiyimiz məlumata görə, "Azərinşaatservis"in müxtəlif rayonlardan olan fəhlələri 4 aydır maaş ala bilmədikləri üçün bir ay öncə işdən ayrılıblar.


Şərhlər