Menu

Azərbaycanın məşhur memarı vəfat edib

20.10.2015, 10:42
Azərbaycanın məşhur memarı vəfat edib

Professor Rəfael Həsənov dünyasını dəyişib

Azərbaycanın məşhur memarı vəfat edib. "Report" xəbər verir ki, Şərq Ölkələri Beynəlxalq Memarlıq Akademiyasının həqiqi üzvü, əməkdar incəsənət xadimi, professor Rəfael Müseyb oğlu Həsənov dünyasını dəyişib.

Qeyd edək ki, Rəfael Həsənov Şərq Ölkələri Beynəlxalq Memarlıq Akademiyasının vitse-prezidenti və təftiş komissiyasının sədri, Dövlət mükafatı laureatı, Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetinin dizayn kafedrasının müdiri olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol