HƏMAS hərəkatının İordan çayının Qərb sahilindəki qüvvələrinin lideri Hasan Yusef İsrail güc strukturları tərəfindən həbs olunub.
AzPolitika.info-nun “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, son 1 ayda 70-dən çox israillinin yaralanmasına səbəb olan cinayətlərin “tənha əllər” tərəfindən törədildiyi ordu rəsmiləri tərəfindən etiraf edilsə də, HƏMAS rəhbərliyinə qarşı ittihamlar qüvvəsində qalır.
Ramallah yaxınlığında həyata keçirilən xüsusi əməliyyat zamanı Yusef həbs olunub. O, terroru dəstəkləmək və təbliğ etməkdə günahlandırılır.


Şərhlər