Qaradağ rayon 38-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Daşkəsən rayon sakini Bəylər Tağıyev şübhəli şəxs qismində saxlanılaraq polis idarəsinə gətirilib.
Region TV xəbər verir ki, idarədə onun üzərinə baxış keçirilən zaman selofon torbaya bükülmüş ümumi çəkisi 2 kilo 585 qram narkotik maddə olan marixuana aşkar olunub.
Saxlanılan 57 yaşlı Bəylər Tağıyevin sözlərinə görə, tapdığı narkotik maddəni Bakıya gətirərək Sahil qəsəbəsində tanımadığı şəxslərə satmaq istəyib.
Bəylər Tağıyev - saxlanılan şəxs:
“Tovuzda, yolun qırağından yetişməmiş nəşə tapdım. Onu yığıb, evdə sobada qurutdum, satmaq üçün Bakıya gətirdim. Uşaqlarımı dolandırma üçün 3000 manata vermək istəyirdim. Ailə vəziyyətim çox ağırdır, ona görə etdim” .
Qeyd edək ki, bu Daşkəsən sakininin ilk məhkumluğu olacaq. Hazırda polis idarəsində onun digər cinayət əməllərində iştirakının olub olmadığı araşdırılır.


Şərhlər