İtaliyanın “Caviar” şirkəti qızıl və platinlə işlənmiş, Çeçenistan rəhbəri Ramzan Kadırovun rəsmi olan smatrfonlar satışa çıxarıb.
AzPolitika.info-nun “Gazeta.ru”ya istinadən verdiyi məlumata görə, Kadırovun şəkli ilə satılan bu “iPhone S6” Çeçenistan respublikasına həsr olunan yeni seriyada hazırlanıb və qiyməti 188 min rubldur (3021 dollar).
Həmçinin Tatarıstan respublikasına həsr olunan seriyanın da satışa çıxarılması gözlənilir. Bundan əvvəl “Caviar” şirkəti Vladimir Putinin portreti olan telefonlar hazırlamışdı.


Şərhlər