Menu

Türkiyədə terrorizmdə şübhəli bilinən 1600-dən çox adam saxlanılıb

20.10.2015, 23:25
Türkiyədə terrorizmdə şübhəli bilinən 1600-dən çox adam saxlanılıb

Türkiyədə 3 ay ərzində terrorçuluq fəaliyyətində şübhəli bilinən 1673 nəfər həbs edilib. Bunların 1308 nəfəri PKK, 276-sı İraq-Şam İslam Dövləti (İŞİD) terror qruplaşması ilə bağlılıqda şübhəli bilinirlər. Modern.az Türkiyə mediasına istinadən bildirir ki, bu haqda oktyabrın 20-də ədliyyə naziri Kenan İşık məlumat verib.

“İyulun 22-dən bu günədək PKK-nın və onun strukturlarına yaxın olan qruplaşmaların 1308 nəfəri tutulub. Bundan əlavə, 276 İŞİD üzvü, 89 nəfər İnqilabi Xalq-Azadlıq Partiyasının (cəbhəsininn) və digər sol ekstremist təşkilat üzvü saxlanılıb. Saxlanılanların ümumi sayı 1673 nəfərdir”, - nazir deyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol