Xarici KİV-in məlumatına görə, ABŞ hakimiyyəti Bəşər Əsədin keçid hökumətində yer alması ehtimalını istisna edir. Bununla belə, onun prezident postunu tezliklə tərk edəcəyini də gözləmir. Bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Mark Toner bəyan edib (Rosbalt).
Toner xəbər verib ki, bu aspekt ABŞ dövlət katibi Con Kerrinin Rusiya və Səudiyyə Ərəbistanı xarici işlər nazirləri ilə apardığı telefon danışıqları zamanı müzakirə olunub.
«Əsəd keçid hökumətinin bir hissəsi ola bilməz... amma bu, o demək deyil ki, Əsəd sabah hakimiyyətdən gedəcək» - deyə, Toner bəyan edib.
Bununla belə, o, dəqiqləşdirməyib ki, «siyasi proses» nə zaman başlaya və nə qədər davam edə bilər. «Bu (proses - red.), təcili başlanmalıdır» - deyə, mətbuat katibi qeyd edib.
Bundan başqa, Toner bəyan edib ki, ABŞ «bölgədəki müxtəlif «oyunçu»lardan, o cümlədən, Rusiyadan» razılıq almaq istəyir ki, onlar da hakimiyyətin ötürülməsi prosesinə başlamaq üçün «Əsədə təzyiq göstərsinlər».
AzPolitika.info


Şərhlər