Bakı Apellyasiya Məhkəməsində “Evrobank” ASC-nin şikayətinə baxılıb.
APA-nın məlumatına görə, məhkəmə şikayəti təmin etməyib.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı "Evrobank" ASC-nin "İflas proseduruna başlanması və bankın müflis elan edilməsi" barədə iddia tələbi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib. Məhkəmə Mərkəzi Bankın iddiasını təmin edib.
Həmin qərarla razılaşmayan "Evrobank" isə apellyasiya şikayəti verib.


Şərhlər