Menu

Ukraynanın ərazi bütövlüyünə qarşı çağırışlar başladı

10.02.2014, 15:53
Ukraynanın ərazi bütövlüyünə qarşı çağırışlar başladı

Ukraynanın UNİAN informasiya agentliyinin məlumatına görə, Donetsk şəhərində Donetsk-Krivorojsk respublikasının 96 illiyinə həsr olunmuş mitinq keçirilib. Mitinqdə iştirak edən müxtəif partiyaları təmsil edən aktivistlər şəhər və vilayət rəhbərliyi qarşısında Donetsk-Krivorojsk respublikasının yaradadılması məsələsini qaldırıblar. Mitinqçilər meydanda əllərindəv “Avrokalonizasiyaya –Yox”, ”Qalisiya faşistlərinə Donbasda yer yoxdur”, ”Donetsk-Krivorojsk respublikası-Rusiya ərazisidir” yazılmış plakatlarla toplaşıblar. Çıxış edənlər bildiriblər ki, Ukraynada Federal respublika yaratmağın vaxtı çoxdan gəlib çatıb.

Məlumat üçün bildirək ki, Donetsk –Krivorojsk Sovet respublikası RSFSR-in (Rusiya Sovet Federativ Sosialist Respublikası) tərkibində olmaq şərti ilə 12 fevral 1918-ci ildə elan olunmuşdu. DKR-in tərkibinə Donetsk, Luqnsk, Dnepropetrovsk, Zaporojye, Xarkov, Sumı, Xerson və Nikolayev vilayətləri daxil idi. DKR-in ilk paytaxtı əvvəcə Xarkov, sonra isə Luqnsk şəhəri olmuşdu. Ancaq 1918-ci ilin martında DKR Sovet Ukraynasının tərkibinə daxil edilmiş və bir ildən sonra isə ləğv olunmuşdu.

V.Nəsibov

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol