Menu

Duma üzvləri Suriyaya gedir

21.10.2015, 13:12

Gosduma_130712_albomRusiya Dövlət Dumasının üzvləri oktyabrın 22-də Suriyaya yola düşəcək.

AzPolitika.info-nun “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə Federasiya Şurasının müdafiə komitəsinin üzvü Dmitriy Sablin bildirib.

Onun sözlərinə görə, rusiyalı parlamentarilər Suriya prezidenti Bəşər Əsədlə, eləcə də parlament və hökumət üzvləri ilə görüşəcəklər.

Senator əlavə edib ki, nümayəndə heyətində deputatlar Sergey Qavrilov və Sergey İşşenko daxildir. Bundan əlavə, Suriyaya humanitar yardım, dərmanlar və uşaq yeməklərinin aparılması müzakirə olunur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol