Azərbaycan ərazisində zəlzələ olub.
AMEA Respublika Seysmoloji Xidmət Mərkəzindən APA-ya verilən məlumata görə, zəlzələ fevralın 10-da saat 16:06-da Saatlıdan 41 km şimal-şərqdə - Hacıqabul ərazisində qeydə alınıb.
30 km dərinlikdə baş verən zəlzələnin maqnitudası 5.70 olub.
Qeyd edək ki, yeraltı təkanlar paytaxt Bakıda və ölkənin digər ərazilərində hiss olunub.
Tikintilərdə dağıntı və itki barədə məlumat yoxdur.
***
Bir neçə dəqiqə əvvəl, təxminən 16-06 radələrində Bakıda zəlzələ olub. Təkanlar 30-40 saniyə ara ilə 2 dəfə hiss olunub. Zəlzələnin gücü və episentri haqda rəsmi məlumat gözlənilir.
Xatırladaq ki, bir neçə gün əvvəl Amerikalı alimlər Bakıda zəlzələ ola biləcəyinə dair xəbərdarlıq etmişdilər.


Şərhlər