Menu

Venesuela OPEK-in geniş sammitini çağırmağı təklif edir

22.10.2015, 02:39
Venesuela OPEK-in geniş sammitini çağırmağı təklif edir

Xarici KİV-in məlumatına görə, Venesuelanın prezidenti Nikolas Maduro neft ixrac edən ölkələrin Təşkilatına (OPEK) həm kartel üzvlərinin, həm də kartelə daxil olmayan ölkələrin iştirakı ilə neft bazarını sabitləşdirmək üzrə geniş sammit çağırmağı təklif edib. Bu barədə Venesuelanın neft və dağ-mədən sənayesi naziri Asdrubal Çaves bəyan edib (Rosbalt).

«Biz, hasilatın azaldılmasından və ya «qiymət dəhlizi»ndən yox, bazarın tarazlaşdırılmasından danışırıq. «Dəhliz» - özü də spekulyativ göstəricidir» - deyə, «TASS» Venesuelalı nazirdən sitat gətirir.

Onun sözlərinə görə, «sammitin məqsədi tarazlaşdırılmış qiymətin müəyyən olunması üçün «control comitee» yaratmaqdan ibarətdir». O, qeyd edib ki, Venesuela neftin məqbul qiymətini 88,0 dollar/barrel hesab edir.

«Forex Slub»un analitiki Valeri Polxovski xatırladır ki, çərşənbə günü OPEK ölkələri, Rusiya və digər böyük neft hasilatçıları arasında görüş keçiriləcək. Görüşdə «tələb və təklifin balanslaşdırılması üçün hasilatın azaldılması mövzusu müzakirə olunacaq».

«Buna baxmayaraq, hələlik bazarın nəhəng oyunçuları «bazarın payı qiymətdən vacibdir» siyasətindən imtina etməyə hazır olmadıqları barədə siqnallar verirlər. Səudiyyə Ərəbistanının nümayəndələri əvvəlki kimi bəyan edirlər ki, bazar özü-özünü balanslaşdırmalıdır. Rusiya və Azərbaycan da siqnal verir ki, hasilatı azaltmaq fikrində deyillər» - deyə, ekspert vəziyyəti şərh edir.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol