Vyanada “Əl-Qaidə” və onunla əlaqəli “Qafqaz İmarəti” qrupunu maliyyələşdirən iki çeçen əsilli şəxsin məhkəməsi başlayıb.
AzPolitika.info-nun “Dialog.ua”ya istinadən verdiyi məlumata görə, müttəhimlərdən biri, 37 yaşlı şəxs bütün Avropada vəsait toplayıb döyüşçülərə göndərməklə məşğul olub.
Toplanan vəsaitlərdən bir hissəsi onunla əlbir olan 28 yaşlı başqa bir çeçenin evində aşkarlanıb.
Sözügedən şəxslərdən birincisinin hər iki qolunun olmadığı, protez taxdığı deyilir. O, əllərini terror aktına cəhd edərkən itirdiyi bildirilir. Lakin bu barədə rəsmi təsdiq yoxdur. Bu şəxslərin terror fəaliyyəti sübuta yetiriləcəyi halda 10 ilə qədər həbs cəzası ilə üzləşə bilərlər.


Şərhlər