Menu

DİN: Bakıda 28 nəfər içməli sudan zəhərlənib

23.10.2015, 13:23
DİN: Bakıda 28 nəfər içməli sudan zəhərlənib

Daxili İşlər Nazirliyi Bakıda baş verən kütləvi zəhərlənmə ilə bağlı məlumat yayıb.

APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, oktyabrın 22-də Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində yerləşən yataqxanada yaşayan 28 nəfər (4 kişi, 5 qadın, 19 azyaşlı) içməli sudan zəhərlənib. Onlar 5 saylı Yolxucu Xəstəliklər Xəstəxanasına yerləşdiriliblər. Onlardan 8 nəfərinə ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol