Avstriya paytaxtı Vyanada dördtərəfli Suriya danışıqları aparılır.
AzPolitika.info-nun “Deutsch Welle”yə istinadən verdiyi məlumata görə, ABŞ, Rusiya, Türkiyə və Səudiyyə Ərəbistanının XİN başçıları arasında keçirilən görüşdə Suriya böhranına həll yolları axtarılacaq.
ABŞ xarici işlər naziri Con Kerri və onun rusiyalı həmkarı Sergey Lavrovun da iştirak edəcəyi danışıqlarda Bəşər Əsəd rejiminin “tədricən gedəcəyi” və keçid dövrü ilə bağlı müzakirələrin aparılacağı gözlənilir.


Şərhlər