Belçika polisi terrorçu PKK və "cihadçı" qrupların ölkənin Homburq qəsəbəsindəki düşərgələri haqda məlumatı özünün hesabata daxil etməyib.
"Report" Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu haqda polisin fəaliyyətini yoxlayan "P komissiyası"nın Belçika parlamentinə təqdim etdiyi hesabatda bildirilib.
Məlumata görə, PKK bu qəsəbədə düşərgəsini bu ilin fevralında qurub. Polis məsələ ilə bağlı məruzə etməmədiyindən və düşərgənin olmasını hesabata salmadığından uyğun qurumlar buna qarşı lazımi tədbirlər görə bilməyib.
Parlamentin qapalı toplantısında "P komissiyasının" hesabatında Liege vilayətinin Ardenler rayonunda Suriyaya İŞİD sıralarında döyüşmək üçün adam göndərən "Sharia 4 Belgium" ("Belçika üçün şəriət") qruplaşması haqda da polisin məlumat vermədiyi vurğulanıb.
Xəbərdə bildirlib ki, vəziyyətlə bağlı Belçika daxili işlər naziri Jan Jambon məlumatlandırılıb. O, radikal qruplaşmaların fəaliyyətinin internet vasitəsi ilə izlənməsi üçün 10 polis əməkdaşına tapşırıq veriləcəyini bildirib.
Belçika polisi bu terrorçu qruplaşmalara aid 3 düşərgə haqda məlumatı hesabatına daxil etməyib.


Şərhlər