Menu

İranın sabiq prezidentinin cangüdəni Suriyada öldürüldü

23.10.2015, 17:39
İranın sabiq prezidentinin cangüdəni Suriyada öldürüldü

İranın sabiq prezidenti Mahmud Əhmədnecatın cangüdəni Abdulla Baqir Niyaraki Suriyada həlak olub.

AzPolitika.info-nun məlumatına görə, bu barədə “Fars” agentliyi xəbər yayıb.

Suriyada hərbi müşavir vəzifəsi yerinə yetirən sabiq prezident cangüdəninin Hələb bölgəsində öldürüldüyü deyilir.

Bundan əvvəl isə Suriyada İslam İnqilabı Keşikçiləri Korpusunun (BƏSİC) üç zabitinin öldürüldüyü barədə məlumat yayılıb. Onlar “İslam dövləti” (İŞİD) qruplaşmasına qarşı döyüşlərdə Suriyanın hökumət qoşunlarına dəstək verirdilər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol