Rusiya Federasiyası Dağıstan Respublikasının Unsukul rayonunda hüquq-mühafizə orqanlarının apardığı xüsusi əməliyyat zamanı "İslam dövləti" (İŞİD) qruplaşmasına beyət edən döyüşçü məhv edilib.
AzPolitika.info-nun "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, axtarış zamanı terrorçu qrupa aid ev aşkarlanaraq mühasirəyə alınıb.
Uzun müddətdə axtarışda olan terrorçu Abdulla Nustupayev təslim olmaq əmrinə məhəl qoymayıb və atışma nəticəsində öldürülüb.
Bundan bir neçə gün əvvəl Dağıstanda İŞİD-lə əlaqədə olduğuna görə bir neçə şəxsə qarşı cinayət işi açılıb.

Şərhlər