Menu

Prezidentə sui-qəsdə görə vitse-prezidenti həbs etdilər

24.10.2015, 13:23
Prezidentə sui-qəsdə görə vitse-prezidenti həbs etdilər

Maldiv Respublikasının vitse-prezidenti Əhməd İdid dövlətə xəyanətdə şübhəli bilinərək həbs olunub.

AzPolitika.info-nun "Gazeta.ru"ya istinadən verdiyi məlumata görə, hüquq-mühafizə orqanları prezident Abdulla Yaminə qarşı sui-qəsddə vitse-prezidentin rolunu araşdırırlar.

Daxili işlər naziri Umar Nasir bildirib ki, Ə.İdid Dunidudakı istintaq təcridxanasında saxlanılır.

Vitse-prezident Səudiyyə Ərəbistanından (Həcc ziyarətindən) qayıdan prezidentin sürətli katerində baş verən partlayışın təşkilində şübhəli bilinir. Partlayış nəticəsində prezident xəsarət almayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol