Menu

Seçkiləri izləyəcək AŞPA müşahidəçilərinin sayı açıqlandı

24.10.2015, 14:14

secki_qutusu12Oktyabr ayının 30-da Avropa Şurası Parlament Assambleyasının (AŞPA) müşahidəçilərindən ibarət nümayəndə heyəti Azərbaycana gələcək.

"Report" AŞPA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, nümayəndə heyəti noyabrın 1-də Azərbaycanda keçiriləcək parlament seçkilərinə müşahidə edəcək.

İspaniyalı deputat Xordi Xuklanın rəhbərlik edəcəyi nümayəndə heyətinin tərkibinə 30 müşahidəçi daxildir.

Nümayəndə heyətinin səfəri noyabr ayının 2-də başa çatacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol