Menu

ABŞ İŞİD-ə qarşı quru əməliyyata hazırlaşır

24.10.2015, 14:37
ABŞ İŞİD-ə qarşı quru əməliyyata hazırlaşır

ABŞ İŞİD terror təşkilatına qarşı yeni quru əməliyyatlarına hazırlaşır. Musavat.com-un məlumatına görə, bu barədə Pentaqon başçısı Eşton Karter bildirib.

Onun sözlərinə görə, bu əməliyyatlar kürd girovların azad edilməsi əməliyyatlına oxşayacaq.

“İŞİD-ə qarşı kampaniyanın daha effektli aparılması üçün imkanlar tapsaq, bundan dərhal istifadə edəcəyik. Reydlər bu qəbildəndir. Düşünürəm ki, gələcəkdə bunların həyata keçirilməsi imkanımız olacaq” – deyib ABŞ müdafiə naziri.

Bu günlərdə ABŞ quru qüvvələrinin apardığı əməliyyat nəticəsində İŞİD girovluğundan 70 kürd azad edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol