Menu

Gəzi parkı hadisələrində iştirak edənlərə hökm oxundu

24.10.2015, 14:47
Gəzi parkı hadisələrində iştirak edənlərə hökm oxundu

İstanbulun 55-saylı birinci instansiya məhkəməsi 2013-cü il Gəzi parkı hadisələri ilə bağlı iş üzrə yekun qərar çıxarıb.

ANS PRESS-in məlumatına görə, hakim iğtişaşlarda iştirak edən 255 nəfərdən 244 nəfərini, o cümlədən, 7 xarici vətəndaşı qanunsuz toplaşma, dövlət əmlakına ziyan vurma və digər ittihamlar üzrə təqsirkar bilərək 2 aydan, 1 il 2 aya qədər həbs cəzası verib.

Məhkəmə 4 müttəhimi və 2 tibb işçisini Dolmabahçe məscidini çirkləndirməkdə təqsirli bilərək, 10 ay şərti azadlıqdan məhrum edib. Bəzi iddialara görə, iğtişaşda iştirak edənlər məscid binasına sığınan zaman, içəridə spirtli içkidən istifadə ediblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol