Xəbər verdiyimiz kimi, Azərbaycan Vergilər Nazirliyinin cinayət xarakterli vergi hüquqpozmalarının təhlili və vergi borclarının alınması işinin təşkili baş idarəsinin rəisi Vidadi Məmmədov vəzifəsindən azad edilib.
Bir qədər əvvəl yayılan məlumata görə isə, Vergilər Nazirliyinin işdən azad olunmuş baş idarə rəisi Vidadi Məmmədov Milli Təhlükəsizlik Nazirliyində baş verənlərlə bağlı Baş Prokuroluqda aparılan istintaqa cəlb olunub.
APA-nın əldə etdiyi məlumata görə, V. Məmmədov MTN-də olan dəstə ilə birgə iş adamlarına qarşı fəaliyyətdə şübhəli bilinir.
Hazırda Vergilər Nazirliyinin cinayət xarakterli vergi hüquqpozmalarının təhlili və vergi borclarının alınması işinin təşkili baş idarəsinin rəisi vəzifəsini Ramiz Ağayev icra edir.
Nazirliyin ictimaiyyətlə əlaqələr mərkəzindən məlumat almaq mümkün olmayıb.
-----
MTN-in kiçik və orta sahibkarlara təzyiq göstərməkdə ittiham olunaraq məsuliyyətə cəlb edilən yüksək rütbəli əməkdaşlarının həbsi dalğası görünür, artıq başqa güc strukturlarına da çatır.Virtualaz.org saytının əldə etdiyi məlumata görə, Vergilər Nazirliyinin Vergi Cinayətlərinin Təhqiqi Departamentinin rəisi, general Vidadi Məmmədov vəzifəsindən azad olunaraq saxlanılıb.
General V.Məmmədov MTN-in sabiq rəhbəri Eldar Mahmudovun ən yaxın adamlarından idi. O, faktiki olaraq MTN-in Vergilər Nazirliyindəki nümayəndəsi sayılırdı.
Məlumata görə, Vidadi Məmmədovun MTN-də işləyən oğlu və Vergilər Nazirliyində çalışan digər yaxın qohumları da artıq işdən çıxarılıblar.


Şərhlər