Menu

İran və Rusiya Xəzərdə birgə hərbi manevrlar keçirəcək

24.10.2015, 20:27
İran və Rusiya Xəzərdə birgə hərbi manevrlar keçirəcək

Tehran və Moskva Xəzər dənizində iki ölkənin hərbi dəniz qüvvələrinin birgə manevrlarını keçirməyi planlaşdırır.

“Report” xəbər verir ki, bunu şənbə günü “Fars” agentliyinə müsahibəsində İran Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Həbibullah Səyyari bildirib.

"İran və Rusiya hərbi dəniz qüvvələri Xəzər dənizində birgə manevrlar keçirməyi planlaşdırır", - deyə o bildirib.

Kontr-admiralın sözlərinə görə, manevrlar 1-2 gün ərzində keçiriləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol