Xarici KİV-in yaydığı məlumata görə, ABŞ Estoniyaya ağır döyüş silahları göndərməyə başlayıb. Artıq ilk eşelon ölkəyə daxil olub («Exo Moskvı»).
ABŞ bu baltikyanı ölkəyə ümumilikdə 40 vahid texnika, o cümlədən, 4 tank, 10 vahid piyadaların döyüş maşını və 3 vahid özüyeriyən artilleriya qurğusu göndərməyi nəzərdə tutub.
Bundan başqa, Estoniyadakı aviabazaya iki vahid hücumçu A-10 təyyarəsi yerləşdiriləcək.
Bandan əvvəl NATO-da söhbət gedirdi ki, bütün bu addımlar Rusiya tərəfdən qaynaqlanan təhlükə ilə əlaqəlidir.
AzPolitika.info


Şərhlər