Bu gün İstanbulda təşkil olunan Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP) seçkiqabağı mitinqində çıxış edən baş nazir Əhməd Davutoğlu Xalqların Demokratiyası Partiyasını (HDP) tənqid edib.
"Report"un "NTV" telekanalına istinadən verdiyi xəbərə görə, hökümət başçısı bildirib ki, HDP terrorçu PKK təşkilatı ilə əməkdaşlıq edir.
"80 il ərzində icra edilməyən layihələri AKP 10 ildə həyata keçirdi. Bəzi müxalif partiyalar höküməti korrupsiyada ittiham etməkdən çəkinmir. Ancaq həqiqət odur ki, terrorçuların qərargahı hesab olunan Kandil dağı ilə HDP arasında əlaqə mövcuddur. Onlar nifrət körpüsü qurmağa çalışırlar", - deyən Davutoğlu terrorizmlə mübarizə siyasətinin davam edəcəyini vurğulayıb.

Şərhlər