Rusiya KİV-nin yaydığı məlumata görə, Rusiya Federal Gömrük Xidməti (FGX) hesab edir ki, Qazaxıstanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) daxil olması Avrasiya İqtisadi İttifaqı (AAİİ) ölkələrinin büdcəsinə zərbə ola bilər. Buna baxmayaraq, FGX-nin rəhbəri Andrey Belyaninov yaranmış yeni şəraiti təmkinlə qiymətləndirməyə çağırıb (TASS).
«Bəli, Gömrük İttifaqı ölkələrinin büdcə itkiləri üçün təhlükə mövcuddur. Və görünür, Belarus həmkarlarımızın həyacan təbili çalması da əsassız deyil. Bu, bizi narahat edir. Amma mən hesab edirəm ki, bunu heç bir isterikasız etmək lazımdır» - deyə, Belyaninov «Rossiya 24» telekanalına müsahibəsində qeyd edib.
Onun sözlərinə görə, Qazaxıstanın ÜTT-ə daxil olması ilə gömrük xidmətində «metodiki olaraq heç nə dəyişmir, yalnız parametrlər - tutulmaların miqdarı və sairə dəyişir».
«Mən hesab edirəm ki, istənilən halda, biz hamımız qarşılıqlı məqbul razılığa gələ bilərik və gələcəyik» - deyə, FGX başçısı fikrini yekunlaşıdıb.
Bundan əvvəl Rusiya, Belarus, Ermənistan və Qırğızıstanın da daxil olduğu AAİİ-nın üzvü olan Qazaxıstan ÜTT-ə qoşulmaq barədə sazişi ratifikasiya edib.
Bununla əlaqədar olaraq, AAİİ-na üzv dövlətlər xüsusi sənədlər qovluğu qəbul edib. Həmin sənədlərə görə, Qazaxıstanın ÜTT tələblərini AAİİ-na üzv olan digər həmkarlarının maraqlarına zəbər vurmamaq şərti ilə yerinə yetirməsini təmin etməyi nəzərdə tutur. Bununla yanaşı, FGX və Avrasiya itisadi komissiyası (AİK) Qazaxıstanla sərhədlərində hələlik gömrük nəzarətini bərpa emtəyəcəyini və AAİİ ümumi bazarını saxlamağı vəd edir.
AzPolitika.info


Şərhlər