Menu

Rusiyanı hərbi cinayətdə şübhəli sayırlar!

26.10.2015, 00:16
Rusiyanı hərbi cinayətdə şübhəli sayırlar!

Rusiya KİV-nin yaydığı məlumata görə, beynəlxalq hüquq-müdafiə təşkilatı «Human Rights Watch» bu gün dərc etdiyi hesabatında Rusiyanı hərbi cinayət törətməkdə şübhəli elan edib («Exo Moskvı»).

Sənəddə deyilir ki, yerli əhalinin (Suriyada) fikrincə, Rusiya döyüş təyyarələri oktyabrın 15-də həyata keçirdiyi aviazərbələrin ən azı ikisində müharibə qanunlarını pozub.

Hesabatda qeyd olunur ki, 59 dinc sakin həmin zərbələrin qurbanı olub və bu, eyni məzmunlu yeganə informasiya deyil.

Kremldə isə bəyan edirlər ki, dinc sakinlərin həlak olmasında Rusiyanın iştirakını təsdiq edən heç sübut yoxdur.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol