Menu

“Sağlam Yaşa” Şəkidə tədbir keçirib - Fotolar

26.10.2015, 13:09
“Sağlam Yaşa” Şəkidə tədbir keçirib - Fotolar

“Sağlam Yaşa” Gənclərin Maarifləndirliməsi İcitmai Birliyi 23 oktyabr 2015-ci il tarixində Azərbaycan Respublikasının Prezindenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Şəki rayonunda “İctimai nəqliyyatda, parklarda və insanların ümumi istifadəsində olan digər yerlərdə ictimai davranış qaydalarına dair əhalinin maarifləndirilməsi mövzusunda tədbir keçirib. Tədbiri giriş sözü ilə İctimai Birliyin sədri Qəribova Həbibə açaraq mövzü haqqında geniş məlumat verib. Problemin həllinə kömək üçün ictimai fəaliyyət, insanlar arasında təbliğat, KİV-də bu istiqamətdə məqsədyönlü fəaliyyət, məktəblərdə, məscidlərdə, iş yerlərində ictimai davranış mədəniyyətinin yüksəldilməsi istiqamətində ardıcıl fəaliyyətlərin göstərilməsi vacibliyini qeyd edib. Şəki  rayon Ağsaqqallar Şurasının sədri çıxış edərək, mövzünun aktuallığını qeyd etdi və  gənclərə bu mövzu ətrafında öz dəyərli məsləhətlərini verib. Rayon Ağsaqqallar şurasının  üzvü, ziyalı Şaiq Məmmədkərimov çıxış edərək bu cür tədbirlərin maarifləndirici əhəmiyyətindən danışıb və bu kimi tədbirlərin davamlı xarakter daşımasını arzulayıb. Sonda tədbir iştirakçılarına mövzunu əhatə edən buklet, papaq və köynəklər paylanıb.

[gallery columns="5" ids="165240,165241,165242,165243,165244"]

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol