Menu

Bakı-Tbilisi-Bakı sürət qatarında yenilik

26.10.2015, 13:21
Bakı-Tbilisi-Bakı sürət qatarında yenilik

Artıq Bakı-Tbilisi-Bakı sürət qatarına hər iki istiqamətdə bilet almaq mümkündür.

Bu barədə «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinə istinadən Trend məlumat yayıb.

Qurumdan bildiriblər ki, Gürcüstandan Azərbaycana gələn 37№-li Tbilisi-Bakı sürət qatarına bilet almaq istəyənlər artıq Bakı sərnişin vağzalındakı 2№-li kassaya müraciət edə bilərlər.

Bu vaxtadək sərnişinlər Bakı sərnişin vağzalından Bakı-Tbilisi-Bakı sürət qatarına ancaq bir istiqamətə bilet ala bilirdilər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol