Menu

Deputatlığa namizəd Ramin Hacılı tapıldı: Ölkədən çıxıb - Yenilənib

26.10.2015, 16:54
Deputatlığa namizəd Ramin Hacılı tapıldı: Ölkədən çıxıb - Yenilənib

Deputatlığa 19 saylı Nərimanov 1-ci seçki dairəsindən namizəd olan Ramin Hacılıdan xəbər var.

Həyat yoldaşı Aysel Əlizadənin musavat.com-a verdiyi məlumata görə, R.Hacılı bir qədər əvvəl ona telefonla zəng edib: "Ramin bayaq məni yığdı. Əsəbi idi. Dedi Azərbaycanda deyil. Çox ciddi problemlərinin olduğu, onları həll etdikdən sonra ölkəyə qayıdacağını söylədi. Zəng etdiyi nömrədən bildim ki, hansısa xarici ölkədədir."

A.Əlizadə həyat yoldaşının hansı problemlərlə üzləşdiyi haqda məlumatsız olduğunu dedi: "Bu barədə mənimlə heç nəyi paylaşmayıb. Hansı problemlərlə üzləşdiyindənxəbərsizəm. Mənimlə çox qısa danışdı. Sözünü bitirər-bitirməz də telefonu qapatdı."

Xatırladaq ki, dünən gecədən R.Hacılının yoxa çıxması barədə sosial şəbəkələrdə məlumat yayılıb. Yoxa çıxmadan öncə o, özünün facebook profilində bir video paylaşıb. Həmin videoada R.Hacılı bildirir ki, namizədliyini geri götürəcək, bundan sonra deputatlığa namizədliyini vermiş həyat yoldaşı Aysel Əlizadə üçün çalışacaq.

* * *

Ümid Partiyasının sədr müavini Ramin Hacılı tapılıb. Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, R. Hacılının şəxsi problemləri ilə əlqədar ölkədən getdiyi məlum olub və onun axtarışına xitam verilib.

R. Hacılının həyat yoldaşı, yazar Aysel Əlizadə də APA-ya açıqlamasında onun tapıldığını təsdiqləyib: “Ramin biraz əvvəl mənə zəng etmişdi. Azərbaycanı tərk etdiyini, problemlərini həll edəndən sonra qayıdacağını bildirdi. Artıq onun axtarışının dayandırılması ilə bağlı polisə məlumat vermişəm”.

A. Əlizadə R. Hacılının hansı ölkədə olduğunu açıqlamayıb.

Qeyd edək ki, R. Hacılının ötən axşamdan itkin düşməsi barədə xəbərlər yayılıb. Partiyanın sədri İqbal Ağazadə APA-ya açıqlamasında bildirib ki, R. Hacılının telefonu dünən gün boyu söndürülmüş vəziyyətdə olub.

---------

Azərbaycan Avropa Hərəkatının pəhbəri, Milli Məclisə seçkilər üzrə 19 saylı Nərimanov birinci seçki dairəsindən deputatlığa namizəd Ramin Hacılı oktyabrın 25-də axşam saatlarında yoxa çıxıb.

Bu barədə "Turan"a R.Hacılının həyat yoldaşı Aysel Əlizadə bildirib.O, R.Hacılının harada və hansı şəraitdə yoxa çıxması barədə məlumata malik deyil.

“Polisə məlumat vermişik, axtarırlar” - A.Əlizadə qeyd edib.

A.Əlizadə özü 8 saylı Binəqədi birinci seçki dairəsindən deputatlığa namizəddir. R.Hacılı həm də A.Əlizadənin səlahiyyətli nümayəndəsidir.

“Dünən 8 saylı Binəqədi birinci seçki dairəsindən mənə zəng etdilər ki, Ramin ora sənəd təqdim etməlidir... Mən onun telefonlarına zəng etdim, telefonları bağlı idi. Heç vaxt telefonlarını söndürmür. Narahat oldum. Bir necə saat keçdi, yenə telefonları bağlı idi. Bundan sonra vəkillərimlə Raminin seçki qərargahına getdim. Orada da yox idi. Dostlarını aradıq, onların da məlumatı yox idi. Nəhayət, Daxili İşlər Nazirliyinin “102 Zəng Mərkəzinə” xəbər verdik” - A.Əlizadə bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol