Ukraynada Odessa şəhər şurasına keçirilən seçkilərdə “İşə etibar et” (“Doveryay delam”) partiyasının siyahısı üzrə 25 yaşlı Dmitriy Viktoroviç Palpatin deputat seçilib.
AzPolitika.info-nun Gazeta.ru-ya istinadən verdiyi məlumata görə, bu şəxsin məlumatlarında ən çox diqqət çəkən məqam onun iş yeri və vəzifəsi olub.
Belə ki, “Palpatin finance group” şirkətində “imperator” vəzifəsində çalışan 25 yaşlı namizəd Kotovski qəsəbəsəində, 57-ci dairədə 54,4 faiz səs toplayıb.


Şərhlər