Menu

Rusiya 3 gündə 285 obyekti bombaladı

26.10.2015, 18:15
Rusiya 3 gündə 285 obyekti bombaladı

Rusiya təyyarələri son 3 gün ərzində “İslam dövləti” və “Cəbhətül-Nusra” qruplaşmalarına aid 285 obyekti məhv edib.

AzPolitika.info-nun TASS-a istinadən verdiyi məlumata gprə, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunur ki, üç sutka ərzində Rusiya təyyarələri Xama, İdlib, Latakiya, Dəməşq, Hələb, Deyr-ez-Zor vilayətlərinə 94 uçuş həyata keçirib.

Ümumilikdə, Rusiya Hərbi-Kosmik Qüvvələrinin sentyabrın 30-dan bəri davam edən anti-terror əməliyyatları nəticəsində Suriyada mindən çox terrorçunun öldürüldüyü, terrorçu qruplara aid 800 obyektin məhv edildiyi bildirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol