Menu

Türkiyədə anti-İŞİD əməliyyatı: 12 nəfər saxlanıldı

26.10.2015, 18:51

IsidTürkiyənin Sakarya vilayətində, İstanbul və Ankarada “İslam dövləti” (İŞİD) qruplaşmasına qarşı anti-İŞİD əməliyyatı keçirilib.

AzPolitika.info-nun “Sabah”a istinadən verdiyi məlumata görə, əməliyyatlar zamanı 12 nəfər saxlanılıb. Onlardan 9 nəfəri Sakaryada, 2-si İstanbulda, 1 nəfəri də Ankarada tutulub.

Qeyd olunur ki, bu şəxslər İŞİD adına təbliğatlar aparır və seçkilər əleyhinə fikirlər yayırdılar. Tutulanların üzərindən tapança və kəsici alətlər aşkarlanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol