Rusiya təyyarələri terrorçular tərəfindən işlədilən bir zavodu məhv edib.
AzPolitika.info-nun “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin nümayəndəsi İqor Konaşenkov bildirib.
Onun sözlərinə görə, Suriyanın Xama vilayətinin Kafer-Sencina rayonundakı həmin zavodda “pikap” avtomobillərinə pulemyotlar quraşdırılırdı.
Hava zərbələri nəticəsində bir neçə silahquraşdırma sexi tamamilə yanıb.


Şərhlər