Menu

Gürcüstan Rusiya ilə qaz danışıqlarını davam etdirir

27.10.2015, 00:39
Gürcüstan Rusiya ilə qaz danışıqlarını davam etdirir

Gürcüstanın energetika naziri Kaxa Kaladze “Qazprom” şirkətinin İdarə Heyətinin sədri Aleksey Millerlə yenidən görüşüb. Musavat.com-un gürcü qaynağına istinadən verdiyi xəbərə görə, təmas İtaliyanın Milan şəhərində baş tutub. Bu barədə şirkətin yaydığı press-relizdə deyilir.

“Görüşdə Gürcüstan ərazisindən Rusiya qazının tranziti və onun kommersiya qiymətləri məsələlərinə baxılması təklif edilib” – məlumatda qeyd edilir. O da qeyd olunur ki, 2014-cü ildə “Qazprom” Gürcüstana 0.3 milyard kub metr qaz verib.

Bundan qabaq Gürcüstan prezidenti Georgi Marqvelaşvili təkrarən tələb eləmişdi ki, “Qazprom”la danışıqlar məsələsi hökumətin yaxın iclaslarının birinin gündəliyinə salınsın.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol