Menu

"Səudiyyə Ərəbistanı 5 il ərzində iflas edəcək"

27.10.2015, 10:47
"Səudiyyə Ərəbistanı 5 il ərzində iflas edəcək"

Beynəlxalq Valyuta Fondundan (BVF) Yaxın Şərq üçün pis xəbər var.

Fondun hesabatına görə neft 50 dollar səviyyəsində qalmaqda davam edərsə, dünyanın neft nəhəngi Səudiyyə Ərəbistanı 5 il ərzində iflas bayrağını qaldıracaq. Həmçinin regiondakı ölkələr qısa müddətdə böyük maddi itkilərə məruz qalacaqlar.

106 DOLLARDAN SATILMASI ŞƏRTDİR

Təkcə Səudiyyə Ərəbistanı deyil, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, İraq və İran da "qara" siyahıdadır. Ancaq dünyanın ən böyük neft istehsalçılarından biri olan Səudiyyə Ərəbistanı üçün isə vəziyyət daha kritikdir.

BVF proqnozlarına görə, Səudiyyə Ərəbistanının büdcəni tarazlaşdırmaq üçün nefti 106, Bəhreynin 107, İraqın 81, Birləşmiş Ərəb Əmirliklərinin 73, İranın isə 72 dollardan satması lazımdır. /"Marja"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol