ABŞ Konqresinin Nümayəndələr Palatası “Ukrayna xalqının demokratik və Avropaya istiqamətli səylərinə, qorxu və təhdidlərdən kənar şəraitdə öz gələcəyini seçmək hüququ”na dəstək bildirən qətnamə qəbul edib. Bu barədə “Amerikanın səsi” radiosunun rus xidməti məlumat yayıb. Məlumata görə, qətnamə 2 əleyhinə, 381 lehinə səslə qəbul edilib.
Sənəddə tərəflər yaranmış siyasi və iqtisadi böhrandan dinc vasitələrlə çıxmaq üçün konstruktiv dialoqa çağırılır. Hökumətdən tələb olunur ki, "demokratik aksiyaların iştirakçılarına güc işlətmiş günahkarlar" məsuliyyətə cəlb olunsun. Qətnamədə Ukrayna hökumətinə nümayişçilərin hüquqlarının zorakılıqla pozulmaqda davam olunacağı halda iqtisadi sanksiyaların tətbiq edilə biləcəyi haqda xəbərdarlıq da yer alır.

Şərhlər