ABŞ-ın Kaliforniya ştatında üç xadimə Səudiyyə şahzadəsi Məcid Abdulaziz əl-Səudu seksual zorakılığa görə məhkəməyə vermək istəyir.
AzPolitika.info-nun məlumatına görə, bu barədə “New York Daily News” qəzeti yazıb.
Vəkil 29 yaşlı şahzadəni üç qadının adından məhkəməyə verib. Xidmətçilər iddia edirlər ki, şahzadə onları bir müddət öz malikanəsində əsir saxlayıb, onları çılpar gəzməyə məcbur edib və seksual təcavüzə məruz qoyub.
“Sən mənim xoşuma gəlirsən. Sabah bizdə əyləncə olacaq, sən də mən nə istəyirəmsə onu edəcəksən, yoxsa səni öldürərəm”, - deyə şahzadənin qurbanlarından birini hədələdiyi deyilir.
Şahzadə zorakılıq edərkən onu dayandırmaq istəyən digər qadının isə belə cavab aldığı iddia olunur: “Sən qadın deyilsən. Sən heç kimsən. Mən şahzadəyəm, nə istəyirəm edəcəm. Heç kim mənə heç nə edə bilməz!”.
Bildirilir ki, qadınlar malikanədən pəncərədən tullanmaqla qaçmaq istəyiblər, lakin xəsarət almaqdan qorxaraq bir neçə gün orda əsir kimi qalmalı və şahzadənin əyləncələrində iştirak etməli olublar. Şahzadənin isə həmin vaxtda kokaindən istifadə etdiyi deyilir.


Şərhlər