Suriyada öldüyü deyilən rusiyalı 19 yaşlı rusiyalı hərbçi Vadim Kostenkonun ölüm səbəbi intihar olub.
AzPolitika.info-nun RBK-ya istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Nazirlik Latakiyadakı “Xmeymim” bazasında texniki mütəxəssis kimi xidmət edən müqaviləli hərbçinin “axşam növbəsi başa çatdıqdan sonra dincəldiyi zaman” intihar etdiyini açıqlayıb.
Onun mobil telefonundakı SMS yazışmalarına əsasən, intihar səbəbinin sevdiyi qızla aralarında yaranmış münaqişənin olduğu ehtimal edilir.


Şərhlər