Prezident İlham Əliyevin sərəncamı ilə Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət
Agentliyinin direktoru vəzifəsinə təyin edilmiş Zaur Əliyev 1981-ci ildə Bakı şəhərində anadan olub.
Fins.az-ın məlumatına görə, o, 2003-cü ildə Böyük Britaniyada East Anglia Universitetində Mühasibat və Maliyyə üzrə bakalavr dərəcəsini bitirərək Qazaxıstanın Almatı şəhərində Ernst Young şirkətində audit mütəxəssisi kimi iş fəaliyyətinə başlayıb.
2004-cü ildə Ernst Young şirkətinin Bakı ofisində eyni vəzifəyə, bir müddət sonra isə Böyük Britaniyanın London şəhərinə audit baş mütəxəssisi vəzifəsinə təyin olunaraq 5 ilə yaxın burada çalışıb. 2005-2008-ci illərdə imtahanlarday üksək nəticə göstərərək Böyük Britaniyanın İxtisaslaşmış Mühasiblər Assosiyasıyasının (ACCA) həmkar üzvü olub. 2010-cu ildə Azərbaycana qayıdaraq “PAŞA Holdinq”ə məxsus şirkətlərində müxtəlif rəhbər vəzifələrdə, o cümlədən son təyinata qədər “PAŞA Sığorta” şirkətində İdarə Heyəti Sədrinin Birinci Müavini vəzifəsində çalışıb.
İş fəaliyyəti dövründə London Business School, Harvard Business School, İE Business School kimi dünyanın ən nüfuzlu biznes məktəblərində müxtəlif peşəkar təlimlərdə iştirak edərək uğur əldə edib.
Evlidir, iki övladı var.


Şərhlər