Menu

Bərdədə itkin düşən uşaq tapıldı

28.10.2015, 12:10
Bərdədə itkin düşən uşaq tapıldı

Bərdə rayonunda itkin düşdüyü ehtimal olunan uşaq tapılıb.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, ötən gün məktəbdən çıxdıqdan sonra itkin düşdüyü ehtimal olunan Bərdə 3 saylı orta məktəbin I sinif şagirdi Xəlilov Elsevər Təbriz oğlunun öz həyətlərindəki yardımçı tikilidə olduğu məlum olub. Yaxınlarının bildirdiyinə görə, E. Xəlilov evə gəldikdən sonra həyətlərində olan yardımçı tiklidə oynadıqdan sonra orada da yatıb. Valideynləri isə onun itkin düşdüyünü güman ediblər.

Həkim müayinəsindən sonra E. Xəlilovun səhhətində heç bir problem olmadığı müəyyən olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol