Xudat bölməsinin rəisi həbs edilən generallardan birinin qohumu olub
MTN-nin daha bir əməkdaşı işdən azad edildi. ANS PRESS-in məlumatına görə, nazirliyin Xaçmaz şöbəsinin Xudat bölməsinin rəisi Rəşad Qasımov sərəncama göndərilib. O, ötən gün nazirliyə gedib.
Faktı Xaçmaz icra başçısının Xudat şəhər nümayəndəsi Akif Mərdanov da təsdiqləyib.
Onun MTN-də çalışan generallardan birinin qohumu olduğu deyilir.
Xatırladaq ki, Prezident İlham Əliyev oktyabrın 17-də Eldar Mahmudovun milli təhlükəsizlik naziri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.


Şərhlər