Menu

Saxlanılan şəxs: Kefimiz kök idi, oğurluq elədik – VİDEO

28.10.2015, 17:46
Saxlanılan şəxs: Kefimiz kök idi, oğurluq elədik – VİDEO

Qonşular əlbir olub avtomobil oğurlayıblar.

Region TV- xəbər verir ki, onlar sərxoş halda Tovuzun Əyyublu kəndinə gələrək Fəxrəddin Mehralıyevin “VAZ 21-05” markalı avtomobilini qaçırıblar.

Təhlükəsizlik kamerasında görüntülənən 2 nəfər maşını kənddən çıxara bilib.

Dərhal hadisə ilə bağlı polisə məlumat verilib. Bir neçə ay sonra məlum olub ki, hadisəni törədən Gəncə sakinləri Anar Hüseynov və onun qonşusu Vüqar İsmayılovdur.

Qonşular oğurluğun izini itirmək üçün “VAZ”-ı hissələrə bölərək digər avtomobilə yığıblar. Saxlanılanlardan Vüqar İsmayılov əvvəllər də bir neçə cinayət törədərək məhkumluq həyatı yaşayıb.

Saxlanılan şəxs:

“Utanıram, səhv eləmişik. Allah şeytana lənət eləsin”.

Saxlanılan digər şəxs:

“Maşını qaçırtmağı mən təklif elədim. İçdik, kefimiz kök idi, oğurluq elədik. Oğurluq elədiyimiz adamı tanımırdıq”.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol