Menu

İsa Qəmbər namizədliyini geri götürdü – FOTO

28.10.2015, 17:50
İsa Qəmbər namizədliyini geri götürdü – FOTO

Müsavat Partiyasının sabiq başqanı qarşıdan gələn parlament seçkilərində iştirakdan imtina edib.

Modern.az saytının məlumatına görə İsa Qəmbər bildirib ki, 15 saylı Birinci Yasamal Seçki Dairəsindən deputatlığa namizədliyini geri götürür.

O bununla bağlı ərizə yazıb.

Qeyd edək ki, İsa Qəmbərin namizədliyi Müsavat Partiyası tərəfindən irəli sürülmüşdü. Bu gün Müsavat Partiyası seçkidə iştirakdan imtina etdiyini açıqlayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol